Peşə Təhsili üzrə Dövlət Agentliyi

“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqə elan olunur
Peşə Təhsili üzrə Dövlət Agentliyi və Azərbaycan Kulinariya Sənətləri Mərkəzi arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb
Azərbaycan “WorldSkills International” təşkilatının “Ümumi Yığıncağı”nda iştirak edir
Seçilmiş peşə təhsil müəssisələrinin rəhbər şəxslərinin Türkiyəyə iki həftəlik təlim səfəri başa çatıb
Seçilmiş peşə təhsil müəssisələrinin rəhbərlərinin Türkiyəyə təlim səfərinin on birinci günü arxada qalıb

Peşə Təhsili üzrə Dövlət Agentliyinin və Aİ-nin nümayəndələri "ASAN Peşə" Təhsil Mərkəzində olub

24.05.2018

          Mayın 24-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi və Avropa İttifaqının nümayəndə heyəti Mingəçevir şəhərinə səfər edib.

     Səfər çərçivəsində Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ilə görüş keçirilib və Mingəçevir şəhərində peşə təhsilinin gələcək inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

         Sonra nümayəndə heyəti Mingəçevir şəhərində fəaliyyət göstərən Peşə Məktəbinə baxış keçirib və məktəbin kollektivi, infrastrukturu və maddi-texniki bazası ilə tanış olub.

       Daha sonra "ASAN Həyat" kompleksinə daxil olan və gələn tədris ilində fəaliyyətə başlayacaq "ASAN Peşə" Təhsil Mərkəzinə baxış keçirilib. "ASAN Peşə" Təhsil Mərkəzi müasir tələblərə cavab verən bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Layihəyə uyğun olaraq, "ASAN Peşə" Təhsil Mərkəzində 4 istiqamət - elektrik, mexanik, santexnik, tikişçi ixtisasları üzrə  tədris aparılacaq.

1 / 14