Peşə Təhsili üzrə Dövlət Agentliyi

“Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlimlərə müraciətlərin qəbulu davam edir
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mentorları üçün təcrübə mübadiləsi sessiyası keçirilib
“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqənin III mərhələsinin qalibləri müəyyənləşib
Karyera məsləhətçilərinin bacarıqlarının artırılması üçün üçün təlimlərin I mərhələsi başa çatıb
Peşə Təhsili üzrə Dövlət Agentliyi, KOBİA və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib

Təhsil Nazirliyinin əməkdaşları arasında “Nə? Harada? Nə zaman?” oyunu keçirilib

07.05.2018

            Təhsil Nazirliyinin əməkdaşları arasında “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə çempionat keçirilib. Çempionat nazirliyin əməkdaşları arasında komanda ruhunu gücləndirmək və onların asudə vaxtını birlikdə səmərəli təşkil etmək məqsədi daşıyır.

           19 komandanın iştirak etdiyi yarış hər birində 10 sual olmaqla 3 turdan ibarət olub. Maraqlı və gərgin mübarizə şəraitində keçən yarışda birinci yeri Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin “VET” komandası, ikinci yeri Beynəlxalq əməkdaşlıq şöbəsinin “Böyük Altılıq” komandası, üçüncü yeri isə Təhsilin inkişafı proqramları şöbəsinin “Qartal” komandası qazanıb.

        Qalibləri təbrik edən təhsil naziri Ceyhun Bayramov kollektiv arasında belə intellektual yarışların təşkil olunmasının əhəmiyyətini qeyd edib, sağlam mübarizə ruhunda keçirilən çempionatın davamlı olmasını diqqətə çatdırıb.

             Qalib komandalar diplom və kubokla təltif edilib.

1 / 14