Peşə təhsilində şəbəkələşmə imkanları artırılır
Peşə təhsili sahəsində yeni layihəyə start verilib
“WorldSkills Azerbaijan” təşkilatı “WorldSkills Asia”nın “Ümumi Yığıncağı”nda iştirak edib
“Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” layihəsinin Azərbaycan üzrə yekun konfransı keçirilib
Sənaye profilli peşə təhsil müəssisələrinin “Açıq Qapı” günü tədbiri keçirilib

Naxçıvanda peşə təhsili və təlimi üzrə seminar keçirilib

02.05.2018

               Mayın 1-də ”Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsi çərçivəsində Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Avropa Təlim Fondu və Aİ Nümayəndəliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında “Peşə təhsili və təliminin və bacarıqlarının inkişafının gələcəyi: iqtisadi inkişafın və rəqabətədavamlılığın gücləndirilməsi üçün təcrübələrin paylaşılması” mövzusunda seminar keçirilib.

           Tədbirdə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas, Avropa Təlim Fondunun Əməliyyatlar şöbəsinin müdiri Anastasia Fetsi, Avropa Təlim Fondunun Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi Marqareta Nikolovska, Azərbaycan Respublikasının Təhsil Nazirliyinin nümayəndəsi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, Aİ-nin ”Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına  Avropa İttifaqının (Aİ) dəstəyi” Texniki Yardım layihəsinin əməkdaşları, peşə təhsili müəssisələrinin və digər qurumların təmsilçiləri iştirak edib.

            Seminarda “Azərbaycanda peşə təhsili və təlimi üzrə Strateji Yol Xəritəsi” və ”Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına  Avropa İttifaqının (Aİ) dəstəyi” Texniki Yardım layihəsi çərçivəsində cari və həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər və layihələr, peşə təhsili və təlimi üzrə ən yaxşı Aİ təcrübələri, Naxçıvan MR-da peşə təhsili və təlimi sahəsində görülən işlər barədə iştirakçılara məlumat verilib. 

1 / 14