İctimaiyyətə açıq “Bir Peşənin Sirri” festivalı keçirilib
“Üzümçülük və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələrinin duala bənzər təlimi tamalanıb
Peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin imtahanla işə qəbuluna başlanılır
Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüşlər keçirilib
Dual təhsil proqramı çərçivəsində təhsil alan tələbələrin sınaq istehsalat işi üzrə qiymətləndirilməsi keçirilib

Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının “Lənkəran İqtisadi Rayonunda Model Peşə Təhsili Mərkəzinin yaradılmasına dəstək” və “Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihələri çərçivəsində təlim keçirilib

02.05.2018

            Avropa İttifaqının maliyyə dəstəyi ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının “Lənkəran İqtisadi Rayonunda Model Peşə Təhsili Mərkəzinin yaradılmasına dəstək” və “Gəncədə Sənaye üzrə Regional Peşə  Kompetensiya Mərkəzinin yaradılmasına dəstək” layihələri çərçivəsində  26 - 27, 30 aprel 2018-ci il tarixlərində Bakı şəhərində, 1-2 may 2018-ci il tarixlərində Gəncə və Cəlilabad şəhərlərində səriştə əsaslı, nəticəyönümlü kurikulumların hazırlanması metodikasına dair təlimlər keçirilib.

        Təlimdə Bakı, Gəncə, Cəlilabad, Qəbələ, Lənkəran, Biləsuvar, Tovuz, Salyan, Göygöl, Mingəçevir və Daşkəsəndə yerləşən peşə təhsili müəssisələrindən 51 nəfər müəllim və istehsalat təlimi ustası iştirak edib.

       Təlimçilər iştirakçılara səriştə əsaslı təlim, peşə standartlarının kurikulum hazırlanmasında rolu, kurikulum formatı, modul yanaşma, modul spesifikasiyası, blum taksonomiyası haqqında məlumatlar vermiş, peşə təhsili müəssisələrinin nümayəndələri ilə birlikdə kurikulum hazırlanması üzrə praktiki işlər yerinə yetiriblər.  

          Təlimlər bitdikdən sonra sənaye və kənd təsərrüfatı sektorunun seçilmiş ixtisasları üzrə işçi qruplarının yaradılması və kurikulumların hazırlanması nəzərdə tutulub.

1 / 14