Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüşlər keçirilib
Dual təhsil proqramı çərçivəsində təhsil alan tələbələrin sınaq istehsalat işi üzrə qiymətləndirilməsi keçirilib
“Bir Peşənin Sirri” Festivalı keçiriləcək
Peşə təhsil müəssisələrindəki karyera məsləhətçilərinin hazırlığı davam edir
Ötən həftə AHK Azərbaycanın İnsan Resursları və Peşə Təhsili və Təlimi İşçi qrupunun görüşü keçirilib

Peşə Təhsil Mərkəzində “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbiri keçirilib

25.04.2018

         Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, Təhsil Nazirliyinin və “İnsan Alverinə Qarşı Mübarizə” QHT Koalisiyasının təşkilatçılığı ilə respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən ilk peşə-ixtisas təhsil müəssisələrinin tələbələri üçün “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbirləri davam etdirilir.  

         Maarifləndirmə tədbirləri gəncləri insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmək, mövcud risklərin qarşısını almaq, müəyyən olunmuş qaydalar, prosedur və şərtlərlə tanış etmək məqsədi daşıyır. 

        “İnsan alverinə qarşı mübarizə vacib sosial məsələdir” mövzusunda növbəti belə tədbir Dəmir Yolu  və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində keçirilib.

         Tədbiri giriş sözü ilə açan Peşə Təhsil Mərkəzinin direktoru Həsən Bayramov insan alverinin müasir dövrün aktual problemlərindən olduğunu bildirib, bu səbəbdən bu problemlə mübarizədə şagirdləri aktiv olmağa çağırıb.

         Tədbirdə DİN-nin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Fuad Əliyev və “İnsan Alverinə Qarşı Mübarizə” İctimai Birliyinin sədri Ramiz Alıyev çıxış edərək bu sahədə görülən işlərdən və mübarizə tədbirlərindən danışaraq insan alveri və növləri, insanların hansı yollarla insan alveri qurbanına çevrildiyi, belə hallardan qorunma və insan alverinə qarşı mübarizə yolları, təhlükəsiz sığınacaq xidmətləri və “Qaynar xətt” telefon xidməti  barədə şagirdlərə geniş məlumat veriblər.

          Sonda tədbir iştirakçıları üçün insan alverinə qarşı mübarizə tədbirlərinə həsr olunmuş videoçarx nümayiş etdirilib, şagirdlərə insan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirici bukletlər paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.

         İnsan alverinə qarşı mübarizə ilə bağlı maarifləndirmə tədbirləri davam etdiriləcək.

 

1 / 14