İctimaiyyətə açıq “Bir Peşənin Sirri” festivalı keçirilib
“Üzümçülük və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələrinin duala bənzər təlimi tamalanıb
Peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin imtahanla işə qəbuluna başlanılır
Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüşlər keçirilib
Dual təhsil proqramı çərçivəsində təhsil alan tələbələrin sınaq istehsalat işi üzrə qiymətləndirilməsi keçirilib

"Peşə təhsili haqqında" qanun layihəsi qəbul edilib

25.04.2018

          Milli Məclisin dünən keçirilən plenar iclasında "Peşə təhsili haqqında" qanun layihəsi yekun oxunuşda müzakirəyə çıxarılıb.

          Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli  qeyd edib ki, bu qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin birinci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Komitəsinin sədri layihə haqqında məlumat verərək bildirib ki, layihə üzrə geniş fikir mübadiləsi aparılıb, birinci və ikinci oxunuşda deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər nəzərə alınaraq qanun layihəsi daha da təkmilləşdirilib.

        Komitə sədri yeni qanun layihəsinin bu sahə ilə bağlı ən işlək sənədlərdən biri olacağını və peşə təhsilinin inkişafında mühüm rol oynayacağını vurğulayıb. Qeyd edilib ki, bu qanun layihəsi ölkədə peşə təhsilinin inkişafına stimul verəcək.

          Qanun layihəsi müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq üçüncü (yekun) oxunuşda qəbul edilib.

1 / 14