İctimaiyyətə açıq “Bir Peşənin Sirri” festivalı keçirilib
“Üzümçülük və şərab ustası” ixtisası üzrə təhsil alan tələbələrinin duala bənzər təlimi tamalanıb
Peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin imtahanla işə qəbuluna başlanılır
Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüşlər keçirilib
Dual təhsil proqramı çərçivəsində təhsil alan tələbələrin sınaq istehsalat işi üzrə qiymətləndirilməsi keçirilib

Peşə Təhsili üzrə Dövlət Agentliyində AİB-in nümayəndələri ilə görüş keçirilib

19.04.2018

         Aprelin 19-da Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində Asiya İnkişaf Bankının Azərbaycanda ölkə üzrə diaqnostik tədqiqatla bağlı araşdırma missiyası ilə görüş keçirilib.

         Görüşün keçirilməsində məqsəd 2016-cı ildə qəbul olunmuş strateji yol xəritələrində Azərbaycanın inkluziv və dayanıqlı inkişafı üzrə maneələrin müəyyən olunması istiqamətində həyata keçirilən ölkə üzrə diaqnostik tədqiqatın ilkin nəticələri barədə müzakirələrin aparılması olub.

         Görüşdə Azərbaycan və Asiya İnkişaf Bankı arasında əməkdaşlığın çoxşaxəli olduğunu vurğulayan Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev ölkədə peşə təhsilinin vəziyyəti, mövcud problemlər və bu istiqamətdə aparılan islahatlar haqqında geniş məlumat verib, peşə təhsilinin inkişafı üçün birgə əməkdaşlığın həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıb.

         Görüş zamanı AİB-in ölkə üzrə diaqnostik tədqiqatla bağlı araşdırma missiyası Azərbaycanda apardıqları ölkə iqtisadiyyatının diaqnostik tədqiqat layihəsi, tədqiqatın ilkin nəticələri, eləcə də hərtərəfli tədqiqat üçün müəyyən edilən əsas sektor və mövzular barədə ətraflı məlumat veriblər. Diqqətə çatdırılıb ki, ölkə üzrə diaqnostik tədqiqat AİB-in 2019-2023-cü illəri əhatə edən Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanması üçün özündə mühüm məlumatları əks etdirəcək.

           Daha sonra ölkə üzrə diaqnostik tədqiqatın ilkin nəticələrinə dair fikir mübadiləsi aparılıb.

1 / 14