“WorldSkills Azerbaijan” Restoran Xidməti üzrə Yarışda iştirak üçün müraciətlər qəbul edir
Zərgərlik ixtisası üzrə təhsil alanlar üçün nüfuzlu şirkətlərdə təcrübə imkanı yaradılıb
“WorldSkills Azerbaijan”ın iştirakçıları “Qızıl Şah” Milli Kulinariya Çempionatında qaliblər arasında yer alıb
Aşpazlıq üzrə “WorldSkills Azerbaijan” iştirakçıları “Qızıl Şah” Milli Kulinariya Çempionatında iştirak ediblər
Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Açıq Qapı” tədbiri keçirilib

İstehsalat təlim ustalarından ibarət təbliğat qruplarının məktəblilərlə növbəti görüşü keçirilib

16.04.2018

       Peşəyönümü işinin səmərəli təşkili ilə bağlı Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində istehsalat təlim ustalarından ibarət təbliğat qrupları yaradılıb. Təbliğat qrupları Bakının Xətai rayonunda yerləşən orta ümumtəhsil məktəblərində IX-XI sinif şagirdləri ilə görüşlər keçirir, düzgün peşə seçiminin əhəmiyyəti, peşələr və onların xüsusiyyətləri, gələcəkdə daha çox tələb olunacaq peşələr haqqında məlumat verirlər. Daha sonra isə həmin məktəblilərin mərkəzə ekskursiyaları təşkil edilir.

       Bu istiqamətdə silsilə tədbirlərin davamı olaraq, təbliğat qruplarının Xətai rayonunda yerləşən 17, 95, 138, və 194 nömrəli tam orta ümumtəhsil məktəblərinin IX – XI sinif şagirdləri ilə növbəti görüşü keçirilib.

    Görüş zamanı təlim ustaları şagirdlərə peşə hazırlığı, mərkəzdə tədris olunan ixtisaslar, mərkəzə qəbul prosesi və s. barədə ətraflı məlumat verib, şagirdləri maraqlandıran sualları cavablandırıblar.

1 / 14