Peşə təhsil müəssisələrinə direktor və direktor müavinlərinin imtahanla işə qəbuluna başlanılır
Türkiyə Respublikasının nümayəndə heyəti ilə görüşlər keçirilib
Dual təhsil proqramı çərçivəsində təhsil alan tələbələrin sınaq istehsalat işi üzrə qiymətləndirilməsi keçirilib
“Bir Peşənin Sirri” Festivalı keçiriləcək
Peşə təhsil müəssisələrindəki karyera məsləhətçilərinin hazırlığı davam edir

Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi

30.03.2018

             Martın 29-da Bakı Musiqi Akademiyasında 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə  həsr olunmuş anım mərasimi keçirilib.

             Əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

           Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı sərəncama əsasən, erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə  müvafiq tədbirlər planının təsdiq edildiyini və bu istiqamətdə silsilə tədbirlərin təşkil olunduğunu vurğulayıb. Nazir müavini tariximizin qan yaddaşına çevrilən 31 mart hadisələrinin xalqımız tərəfindən heç vaxt unudulmayacağına əminliyini bldirib.

           Anım tədbirində soyqırımı gününə  həsr olunmuş ədəbi-bədii kompozisiyalar təqdim olunub, incəsənət nümayəndələri, beynəlxalq müsabiqə laureatları, tələbələr tərəfindən Fikrət Əmirov, Qara Qarayev, Arif Məlikov, Fərhad Bədəlbəyli və digər bəstəkarların əsərləri səsləndirilib. 

1 / 14