Elm və təhsil nazirinin müavini İdris İsayev “WorldSkills Azerbaijan” komandası ilə görüşüb
Peşə təhsil müəssisələrinin müəllim-pedaqoji heyəti üçün Türkiyə Respublikasına təlim səfəri təşkil olunub
80-dən çox peşə təhsili alan tələbə duala bənzər proqrama cəlb edilib
Peşə Təhsili üzrə Dövlət Agentliyi Peşə təhsil müəssisələrində “Akademik məsləhətçi (tyutor)” vakansiyası elan edir.
Dual Təhsil Proqramı çərçivəsində təhsil alan tələbələrin iş yerində praktiki məşğələlərinə start verilib

“Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) İnkişafına Avropa İttifaqının Dəstəyi” texniki yardım layihəsinin İdarəetmə Komitəsinin üçüncü iclası keçirilib.

27.02.2018

          Təhsil Nazirliyinin yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin inzibatı binasında Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Təhsil İnstitutunun, beynəlxalq və yerli ekspertlərin iştirakı ilə “Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) İnkişafına Avropa İttifaqının Dəstəyi” texniki yardım layihəsinin İdarəetmə Komitəsinin üçüncü iclası keçirilib. İclasda Avropa İttifaqının texniki yardım layihəsinin “II Aralıq hesabatı” dinlənilib, növbəti hesabat dövrünə qədər layihə çərçivəsində icrası nəzərdə tutulan fəaliyyətin əlaqələndirilməsi müzakirə edilib və gələcək tədbirlər planı nəzərdən keçirilib.

          Layihənin qrup rəhbəri cənab Herman Sonneveld 9 iyul 2017 – 9 yanvar 2018 tarixlərini əhatə edən “II Aralıq hesabatı” dövründə layihə tərəfindən Peşə Təhsili üzrə Dövlət Agentliyi və maraqlı tərəflərlə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş işlər və növbəti hesabat müddətinə qədər planlaşdırılan tədbirlərə dair məruzə ilə çıxış edib.

          Agentliyin direktoru Famil Mustafayev, Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin Əməkdaşlıq şöbəsinin müdiri cənab  Yerun Villems, Nümayəndəliyin əməkdaşı Rza Zülfüqarzadə, Təhsil Nazirliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdir müavini Pərviz Yusifov və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi Kristina Məmmədova çıxış edərək layihənin icra vəziyyətinə dair fikir mübadiləsi aparıblar. Müzakirələrin sonunda “II Aralıq hesabatı” qəbul edilib.

1 / 14