“AzerGold” QSC və Peşə Təhsili üzrə Dövlət Agentliyi peşə təhsili alan tələbələr üçün növbəti təqaüd proqramını elan edir
Direktor və direktor müavinlərinin işə qəbul müsabiqəsinin müsahibə mərhələsi üzrə apelyasiya prosesinə start veriləcək
“Cənubi Qafqazda peşə təhsilinə dəstək” layıhəsinin yekunlarına həsr olunan dəyirmi masa təşkil edilib
Peşə təhsil müəssisələrinin mühəndis-pedaqoji heyəti üçün “logistika operatoru” ixtisası üzrə təlimlər keçirilir
Avando.az portalının təqdimat mərasimi keçirilib

11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

02.10.2017

Sərgidə son illərdə Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunacaq. Ötən illərlə müqayisədə Təhsil Nazirliyinin stendləri bu il daha geniş sahəni əhatə edəcək. Sərgi iştirakçılarına “SABAH qrupları”, “Azərbaycan üçün öyrət”, “Bir” Tələbə-Könüllü Proqramı”, “Maarifçi” Tələbə Kredit Fondu”“Sağlam təhsil  ̶  sağlam millət”“Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Təhsildə informasiya və kommunikasiya texnologiyaları”, “Məktəbəhazırlıq”, “Kitabxana”, “Təhsil” Respublika İdman Mərkəzi”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi” və “Uşaq-Gənclər İnkişaf Mərkəzi” stendləri təqdim ediləcək. Burada fəaliyyət göstərəcək lektoriyada mühazirələr oxunacaq, startapçılar çıxış edəcək və təqdimatlar nümayiş olunacaq. Səhnədə isə respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə laureatları öz bacarıqlarını təqdim edəcək və milli rəqslər ifa olunacaq.

Sərgidə Bakı Dövlət UniversitetiAzərbaycan Dövlət Neft və Sənaye UniversitetiFransız-Azərbaycan Universiteti,Azərbaycan Dövlət İqtisad UniversitetiAzərbaycan Dövlət Pedaqoji UniversitetiBakı Mühəndislik UniversitetiAzərbaycan Memarlıq və İnşaat UniversitetiAzərbaycan Texnologiya UniversitetiAzərbaycan Dillər Universiteti və ümumilikdə 14 ali təhsil müəssisəsinin stendləri yer alacaq. Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim edəcəklər.

Bu il Təhsil sərgisi geniş işgüzar proqramı ilə fərqlənəcək, həmçinin sərgi çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol” adlı seminar təşkil olunacaq.

Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim ediləcək. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər.

Sərgi haqqında ətraflı məlumatı, eləcə də elektron dəvətnaməni www.eduexpo.az saytından əldə etmək mümkündür.

Sərginin baş sponsoru Respublika fənn olimpiadalarının təşkilinə və “Azərbaycan üçün öyrət” proqramının həyata keçirilməsinə dəstək göstərən “Kapital Bank”dır. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu vəAzərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən də dəstəklənir. Sərginin təşkilatçısı  “Caspian Event Organisers” (“CEO”) şirkətidir.

1 / 14