Türkiyənin milli təhsil naziri Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub
“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb

“Təhsil və məşğulluq” üzrə Daimi Şuranın iclası keçirilib

29.09.2017

Sentyabrın 29-da Təhsil Nazirliyi yanında  “Təhsil və məşğulluq” üzrə Daimi Şuranın iclası keçirilib. Daimi Şuranın sədri, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev ölkəmizdə rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması və bu sahədə həyata keçirilən islahatların, o cümlədən əmək bazarının dəyişən tələblərinə uyğun kadr hazırlığının vacibliyini qeyd edib, Daimi Şuranın yaranmasının və fəaliyyətinin əhəmiyyəti barədə məlumat verib.

İclasda şuranın fəaliyyətinin əsas prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə edilib.

Qeyd edək ki, təhsil siyasətinin cəmiyyətdə hər bir vətəndaşın həyatında mühüm rolunu nəzərə alaraq, aparılan islahatların səmərəliliyinin və nəticəyönümlülüyünün artırılması, təhsilin bütün pillələrində əmək bazarına uyğun rəqabətqabiliyyətli kadr hazırlığının təmin olunması sahəsində təklif və tövsiyələrin verilməsi məqsədilə Təhsil Nazirliyi yanında “Təhsil və məşğulluq” üzrə Daimi Şura yaradılıb.

Daimi Şurada müvafiq nazirliklərin, aparıcı ali təhsil müəssisələrinin, ictimai təşkilatların, özəl sektorun nümayəndələri və müstəqil ekspertlər fəaliyyət göstərir.

1 / 14