Türkiyənin milli təhsil naziri Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində olub
“Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi mərhələsi başlayıb
Elm və Təhsil Nazirliyi yanında İşəgötürənlər üzrə Məşvərətçi Şuranın iclası keçirilib
Peşə təhsilini təmsil edən komandalar SAF 2022-də mükafat qazanıblar
Peşə təhsili üzrə “AzerGold” təqaüdünün qalibləri mükafatlandırılıb

Peşə təhsili müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin işə qəbulu üzrə müsahibə

28.09.2017

Təhsil Nazirliyi sisteminə daxil olan ilk peşə-ixtisas təhsili müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin işə qəbulunun müsahibə mərhələsi üzrə ərizələrin qeydiyyatına başlanılır.

İşə qəbul üzrə müsahibədə bu il və ya ötən il test mərhələsindən müvafiq keçid balını toplamış, ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, ilk peşə-ixtisas təhsili müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin işə qəbulu Təhsil Nazirliyinin əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na əsasən həyata keçirilir.

Namizədlər oktyabr 3-dək ərizəsini və müvafiq sənədləri (müraciət etdiyi rayon (şəhər), test mərhələsində topladığı bal, şəxsiyyət vəsiqəsinin surəti, təhsil sənədinin surəti) Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə və ya office@vet.edu.gov.az elektron ünvanına təqdim etməlidirlər.

 

2017-2018-ci tədris ilində respublikanın şəhər və rayonlarında yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrinə ümumtəhsil fənn müəllimlərinin işə qəbulu üzrə vakant yerlər barədə məlumat

1 / 14