27 avqust - 05 sentyabr tarixində peşə təhsil müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır.
Yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə aparılacaq. Müsabiqə çərçivəsində ümumilikdə 55 vakant yer elan olunub.
İşə qəbul müsabiqəsi 2 mərhələdən ibarətdir: Elektron müraciət və müsahibə mərhələsi.
05 sentyabr saat 23:59-dək davam edəcək I mərhələdə müraciətçilərin " Müraciət forması"nı bölmələr üzrə tam doldurması tələb olunur. Hər bir müraciətçiyə ən çoxu 2 yaxın ixtisas üzrə 5 vakansiya seçmək hüququ verilir. Vakant yerlərin siyahısı Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində verilmişdir.
Müsabiqədə uğur qazanacaq müəllimlər aşağıdakı üstünlüklərdən faydalana biləcəklər:
Yüksək texniki peşə təhsili proqramlar üzrə seçiləcək müəllimlərin vəzifələri
Namizədlərə qoyulan tələblər:
Müsahibə mərhələsinə keçid almış müraciətçilərlə anketdə qeyd edilən elektron poçt ünvanı vasitəsilə müraciət müddəti bitdikdən sonra 7 gün ərzində əlaqə saxlanılacaq. Seçim zamanı müvafiq ixtisas üzrə təhsil və iş təcrübəsinə, tədris təcrübəsinə, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir.
MÜSABİQƏNİN MÜSAHİBƏ MƏRHƏLƏSİ:
27 sentyabr tarixindən etibarən yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq Müəllimlərin İşə Qəbulu müsabiqəsinin müsahibə mərhələsinə başlanılır. 8 oktyabr tarixinədək davam edəcək müsahibə mərhələsi onlayn qaydada təşkil olunacaq.
Müsabiqənin I mərhələsi çərçivəsində ümumilikdə 55 vakant yer üzrə qeydə alınan 1773 müraciətçidən 136 nəfəri növbəti mərhələyə keçid imkanı qazanıb. II mərhələyə keçid almış müraciətçilərlə anketdə qeyd edilən elektron poçt ünvanı və sms vasitəsilə əlaqə saxlanılıb. Ümumilikdə müsahibə mərhələsinə keçən 136 nəfər 170 vakansiya müraciəti üzrə müsahibə ediləcəkdir. Seçim zamanı müvafiq ixtisas üzrə təhsil və iş təcrübəsinə, tədris təcrübəsinə, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir.
Müsahibələr ixtisas üzrə mütəxəssis və işəgötürən təmsilçilərinin də iştirak etdiyi müsahibə komissiyası tərəfindən təşkil ediləcəkdir. Növbəti mərhələnin vaxtı və qoşulmaq üçün link namizədlərə müsahibədən 2 gün əvvəl göndəriləcəkdir.