Peşə Təhsili üzrə Dövlət Agentliyi

“Mühafizəçi” ixtisası üzrə qısamüddətli təlimlərə müraciətlərin qəbulu davam edir
Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzinin mentorları üçün təcrübə mübadiləsi sessiyası keçirilib
“WorldSkills Shanghai 2022” beynəlxalq bacarıq yarışlarında iştirak üçün aşpazlıq üzrə Milli müsabiqənin III mərhələsinin qalibləri müəyyənləşib
Karyera məsləhətçilərinin bacarıqlarının artırılması üçün üçün təlimlərin I mərhələsi başa çatıb
Peşə Təhsili üzrə Dövlət Agentliyi, KOBİA və Dövlət Məşğulluq Agentliyinin birgə tərəfdaşlığı çərçivəsində “Gənclərin biznes emalatxanası” layihəsinin təqdimat mərasimi keçirilib

Yüksək Texniki Peşə təhsil səviyyəsi üzrə müəllimlərin işə qəbulu

27 avqust - 05 sentyabr tarixində peşə təhsil müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır.

Yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə aparılacaq. Müsabiqə çərçivəsində ümumilikdə 55 vakant yer elan olunub.

İşə qəbul müsabiqəsi 2 mərhələdən ibarətdir: Elektron müraciət və müsahibə mərhələsi.

           05 sentyabr saat 23:59-dək davam edəcək I mərhələdə müraciətçilərin " Müraciət forması"nı bölmələr üzrə tam doldurması tələb olunur. Hər bir müraciətçiyə ən çoxu 2 yaxın ixtisas üzrə 5 vakansiya seçmək hüququ verilir. Vakant yerlərin siyahısı Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində verilmişdir.

VAKANT YERLƏR

Müsabiqədə uğur qazanacaq müəllimlər aşağıdakı üstünlüklərdən faydalana biləcəklər:

  • Müasir infrastruktura malik təhsil müəssisələrində işləmək
  • Ölkəmizdə və xarici ölkələrdəki təlimlərdə iştirak
  • Rəqabətə davamlı əmək haqqı
  • Daimi və ya saat hesabı tədrisə cəlb imkanı

Yüksək texniki peşə təhsili proqramlar üzrə seçiləcək müəllimlərin vəzifələri

  • Yüksək texniki peşə təhsili proqramları üzrə keyfiyyətli tədrisin aparılması;
  • İxtisasların tədris planlarının (syllabus) hazırlanması;
  • Nəzəri və praktiki dərslərin tətbiqi təlim metodları ilə tədrisi;
  • Emalatxana və laboratoriyada olan avadanlıq və təchizatdan istifadə etməklə praktiki dərslərin tədrisi;
  • Tədris müddətində Əmək təhlükəsizliyi qaydalarının tətbiqi üzrə təlimatlandarma aparmaq və nəzarət etmək;
  • Tələbə biliyinin vaxtında və düzgün qiymətləndirilməsi;
  • İxtisas və tədrisin aparılması metodikası üzrə təkmilləşdirici təlim və kurslarda iştirak;
  • Peşə təhsili müəssisələrinin daxili intizam, sənədləşmə qaydalarına riayət edilməsi;
  • Peşə təhsil müəssisəsinin işçi heyəti və tələbələrlə münasibətdə etik davranış qaydalarına riayət edilməsi;

Namizədlərə qoyulan tələblər:

  • Əlaqədar ixtisas üzrə ali təhsil və ya müvafiq ixtisas üzrə rəsmi 5 il iş təcrübəsi;
  • Müvafiq ixtisas üzrə yüksək nəzəri bilik və praktiki bacarıqlara malik olması;
  • Pedaqoji təcrübənin olması və ya istehsalatda təlimçi / mentorluq təcrübəsi;
  • Emalatxana və laboratoriyada olan avadanlıq və təchizatla işləmək bacarığı;
  • İKT istifadə bacarığı və tədrisdə hərtərəfli istifadə edə bilməsi;
  • İnteraktiv və innovativ tədris metodlarından istifadə bacarığı;
  • Müasir pedaqoji / metodiki yanaşmalardan məlumatlı olması;
  • Tədqiqat, təqdim etmə və yüksək kommunikasiya bacarığına malik olması;
  • Dinamik, təşəbbüskar və pozitiv olması;
  • Tədrisi “online” və “offline” formada aparmaq bacarığı.

Müsahibə mərhələsinə keçid almış müraciətçilərlə anketdə qeyd edilən elektron poçt ünvanı vasitəsilə müraciət müddəti bitdikdən sonra 7 gün ərzində əlaqə saxlanılacaq. Seçim zamanı müvafiq ixtisas üzrə təhsil və iş təcrübəsinə, tədris təcrübəsinə, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir.

MÜSABİQƏNİN MÜSAHİBƏ MƏRHƏLƏSİ:

27 sentyabr tarixindən etibarən yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq Müəllimlərin İşə Qəbulu müsabiqəsinin müsahibə mərhələsinə başlanılır. 8 oktyabr tarixinədək davam edəcək müsahibə mərhələsi onlayn qaydada təşkil olunacaq.

Müsabiqənin I mərhələsi çərçivəsində ümumilikdə 55 vakant yer üzrə qeydə alınan 1773 müraciətçidən 136 nəfəri növbəti mərhələyə keçid imkanı qazanıb. II mərhələyə keçid almış müraciətçilərlə anketdə qeyd edilən elektron poçt ünvanı və sms vasitəsilə əlaqə saxlanılıb. Ümumilikdə müsahibə mərhələsinə keçən 136 nəfər 170 vakansiya müraciəti üzrə müsahibə ediləcəkdir. Seçim zamanı müvafiq ixtisas üzrə təhsil və iş təcrübəsinə, tədris təcrübəsinə, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir.

Müsahibələr ixtisas üzrə mütəxəssis və işəgötürən təmsilçilərinin də iştirak etdiyi müsahibə komissiyası tərəfindən təşkil ediləcəkdir. Növbəti mərhələnin vaxtı və qoşulmaq üçün link namizədlərə müsahibədən 2 gün əvvəl göndəriləcəkdir.