Peşə Təhsili üzrə Dövlət Agentliyi

Peşə təhsil müəssisələrinə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müraciət müddəti 21 sentyabr tarixinədək uzadılıb
Merçendayzinq üzrə qısamüddətli təlimlər keçirilir
Quba Peşə Liseyi və Xaçmaz Peşə Məktəbinin nümayəndələri üçün təcrübə mübadiləsi təlimi təşkil olunub
Peşə təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılır
Peşə təhsil müəssisələrinə ilk dəfə olaraq müəllim və istehsalat təlimi ustalarının imtahanla işə qəbuluna başlanılır

Direktor müavinlərinin işə qəbul müsabiqəsi

İlk dəfə olaraq peşə təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçiriləcəkdir.

Müsabiqə peşə təhsil müəssisələrinin vakant olan tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə 3 mərhələli şəkildə aparılacaqdır. Müraciətlərin qeydiyyatı 14 - 21 aprel müddətində https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə həyata keçiriləcəkdir. Portal elektron müraciətlərin ünvanlanması, müraciət sənədlərinin təqdim edilməsi, müsabiqə və müsahibə mərhələlərinə dəvət və nəticələr barəsində məlumatlandırma üçün nəzərdə tutulub.

Müsabiqə elektron әrizәlәrin qәbulu, test imtahanı və müsahibә mәrhәləsindən ibarətdir. Seçim zamanı müvafiq vəzifə üzrə iş təcrübəsi və idarəçilik bacarıqlarının olması ümumi meyar olaraq qiymətləndiriləcəkdir.

Mövcud vakansiyalar

FAQ

Müsabiqə proqramı

Peşə təhsil müəssisələrinə direktor müavinlərini işə qəbulu müvafiq meyarlar üzrə həyata keçirilir. Müraciət üçün açıq olan vakansiyalar üzrə müəyyənləşdirilmiş meyarlar aşağıdakılardır: 

Ali pedaqoji və yaxud müəssisənin profilinə uyğun ixtisas və idarəetmə sahəsi üzrə ali təhsil, 3 ildәn az olmayaraq ixtisasına uyğun sahədə əmək stajı və ya pedaqoji stajı

Ali təhsil, pedaqoji sahədə 3 ildən az olmayaraq əmək stajı

Ali və ya orta ixtisas təhsili, inzibati-təsərrüfat işlərində təcrübə