İlk dəfə olaraq peşə təhsil müəssisələrinə direktor müavinlərinin işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçiriləcəkdir.
Müsabiqə peşə təhsil müəssisələrinin vakant olan tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə 3 mərhələli şəkildə aparılacaqdır. Müraciətlərin qeydiyyatı 14 - 21 aprel müddətində https://portal.edu.az/ elektron müraciət portalı vasitəsi ilə həyata keçiriləcəkdir. Portal elektron müraciətlərin ünvanlanması, müraciət sənədlərinin təqdim edilməsi, müsabiqə və müsahibə mərhələlərinə dəvət və nəticələr barəsində məlumatlandırma üçün nəzərdə tutulub.
Müsabiqə elektron әrizәlәrin qәbulu, test imtahanı və müsahibә mәrhәləsindən ibarətdir. Seçim zamanı müvafiq vəzifə üzrə iş təcrübəsi və idarəçilik bacarıqlarının olması ümumi meyar olaraq qiymətləndiriləcəkdir.
Peşə təhsil müəssisələrinə direktor müavinlərini işə qəbulu müvafiq meyarlar üzrə həyata keçirilir. Müraciət üçün açıq olan vakansiyalar üzrə müəyyənləşdirilmiş meyarlar aşağıdakılardır:
Ali pedaqoji və yaxud müəssisənin profilinə uyğun ixtisas və idarəetmə sahəsi üzrə ali təhsil, 3 ildәn az olmayaraq ixtisasına uyğun sahədə əmək stajı və ya pedaqoji stajı
Ali təhsil, pedaqoji sahədə 3 ildən az olmayaraq əmək stajı
Ali və ya orta ixtisas təhsili, inzibati-təsərrüfat işlərində təcrübə