Peşə təhsilində şəbəkələşmə imkanları artırılır
Peşə təhsili sahəsində yeni layihəyə start verilib
“WorldSkills Azerbaijan” təşkilatı “WorldSkills Asia”nın “Ümumi Yığıncağı”nda iştirak edib
“Özəl Sektorun İnkişafı və Texniki Peşə Təhsili və Təlimi” layihəsinin Azərbaycan üzrə yekun konfransı keçirilib
Sənaye profilli peşə təhsil müəssisələrinin “Açıq Qapı” günü tədbiri keçirilib

MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU MÜSABİQƏSİ

2022/2023-cü tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimləri və  istehsalat təlimi ustalarının işә qәbulu mərkəzləşmiş qaydada müsabiqә yolu ilə həyata keçiriləcəkdir. Peşə təhsil müəssisələrində ixtisas fənn müəllimi və istehsalat təlimi ustası kimi çalışmaq istəyən şəxslər 19 - 27 iyul tarixləri arasında https://portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində ümumilikdə müxtəlif peşə təhsil müəssisələri üzrə 79 ixtisas fənn müəllimi və 211 istehsalat təlimi ustası vakansiyası elan olunub.

Qəbul qaydaları

İxtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsi elektron әrizәlәrin qәbulu və vakant yerlərin seçilməsi, həmçinin təqdim edilən mәlumatların müsabiqәnin şәrtlәrinә uyğunluğunun müsabiqə komissiyası tәrәfindәn yoxlanılması, test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.

Ərizələri təsdiq edilən namizədlər 3 avqust tarixində ixtisas, tədris metodikası və məntiqə aid suallardan ibarət test imtahanında iştirak edəcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

MÜSABİQƏ PROQRAMI

İSTEHSALAT TƏLİM USTASI ÜZRƏ VAKANT YERLƏR

İXTİSAS FƏNN MÜƏLLİMİ ÜZRƏ VAKANT YERLƏR

 

Peşə təhsil müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinə qanunvericiliklə müəyyənləşdirilmiş, aşağıda qeyd edilən tələblərə uyğun namizədlər müraciət edə bilər:

Orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər;

 

Orta ixtisas və ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.