Peşə Təhsili üzrə Dövlət Agentliyi

Peşə təhsil müəssisələrinə müəllim və istehsalat təlimi ustalarının işə qəbulu üzrə müraciət müddəti 21 sentyabr tarixinədək uzadılıb
Merçendayzinq üzrə qısamüddətli təlimlər keçirilir
Quba Peşə Liseyi və Xaçmaz Peşə Məktəbinin nümayəndələri üçün təcrübə mübadiləsi təlimi təşkil olunub
Peşə təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı apelyasiya müraciətlərinə baxılır
Peşə təhsil müəssisələrinə ilk dəfə olaraq müəllim və istehsalat təlimi ustalarının imtahanla işə qəbuluna başlanılır

Peşə təhsil müəssisələrinə qəbul

       I mərhələ üzrə elektron qeydiyyat:

      Peşə təhsil müəssisələrinə 10 avqust tarixindən etibarən 2021/2022-ci tədris ili üzrə tələbə qəbuluna başlanılır.

      Ötən ildə olduğu kimi peşə təhsil müəssisələrinə qəbul olmaq istəyənlər elektron qaydada qeydiyyatdan keçərək müraciət ünvanlaya biləcəklər.

     Peşə təhsili almaq istəyən şəxslər 10-20 avqust tarixlərində “portal.edu.az”  platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil  bazasını bitirən şəxslər üçün açıqdır. 2021/2022-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas olmaqla 21260 yer üzrə aparılacaq. Son müraciət tarixi 20 avqust 18:00-dək həyata keçiriləcək. 

    Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir.Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

    Müraciətçi edən şəxslərin nəticələri barədə məlumatın “şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və həmçinin, sms vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar.

      QƏBUL PLANI 

       FAQ

      Elektron qeydiyyatdan keçən zaman aşağıdakı sənədlər tələb olunur.

  • Şəxsiyyəti təsdiq edən sənəd (Azərbaycan Respublikasının vətəndaşları şəxsiyyət vəsiqələrini, əcnəbilər müvəqqəti və ya daimi yaşayış icazə vəsiqələrini, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini, qaçqın statusu almış şəxslər və onların ailə üzvləri isə qaçqın vəsiqələrini, onlara verilmiş yol sənədini, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələrini);
  • Təhsil haqqında sənəd (attestat);
  • Əlilliyi olan şəxslər, eləcə də valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar müvafiq olaraq əlilliyini təsdiq edən sənəd, valideynlərini itirməsini və valideyn himayəsindən məhrum olmasını təsdiq edən sənəd;

       Aşağıda qeyd olunan şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir:

  • valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər;
  • I, II və III dərəcə əlilliyi olan şəxslər;
  • şəhid ailəsinin üzvləri;
  • 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər

       Aşağıda qeyd olunan şəxslərin təhsil haqqı xərclərinin yarısı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək:

  • ünvanlı dövlət sosial yardımı alanlar;
  • hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs) və ya qanuni nümayəndələri aşağıdakı kateqoriyaların hər hansı birinə aid olanlar:
    • I və II dərəcə əlilliyi olan şəxslər;
    • işsiz kimi qeydiyyatda olanlar;
  • yaşa görə əmək pensiyaçıları;
  • yaşa görə sosial müavinət alanlar.

         Dövlət təhsilalanların peşə təhsili səviyyələri üzrə peşə təhsili müəssisələrində dövlət hesabına yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

       I mərhələ üzrə sənədlərin təqim edilməsi:

Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun I mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 24 avqust - 30 avqust (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

  • attestatın əsli;
  • sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
  • sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;
  • hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
  • güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

      Qəbulun I mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

 II mərhələ üzrə elektron qeydiyyat:

2 sentyabr tarixindən 2021/2022-ci tədris ili üzrə peşə təhsil müəssisələrinə boş qalan yerlər üzrə tələbə qəbulunun II mərhələsinə start verilir.

QƏBUL PLANI

II mərhələdə müraciətlər daha öncə olduğu kimi “portal.edu.az” platforması üzərindən ödənişsiz qaydada aparılır. Boş qalan yerlərə sənəd qəbulu 6 sentyabr saat 23:59-dək davam edəcək. Peşə təhsil müəssisələrinə ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər müraciət edə bilərlər.

Peşə təhsil pilləsi üzrə elektron tələbə qəbulunun I mərhələsində uğurlu nəticə göstərməyən şəxslər II mərhələyə qatıla və ixtisas seçimi həyata keçirə bilərlər. Boş qalan yerlər üzrə müraciət imkanı I mərhələdə iştirak etməyənlər üçün də açıq olacaqdır.

Peşə təhsil müəssisələrinə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında aparılır.

Tələbə qəbulu prosesində hər şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır. Müsabiqədən uğurla keçən şəxslər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslini təqdim edilməsi üçün dəvət olunacaqlar.

 II mərhələ üzrə sənədlərin təqim edilməsi:

Peşə təhsil pilləsi üzrə tələbə qəbulunun II mərhələsi çərçivəsində müsabiqədən keçən şəxslər 9 – 13 sentyabr (saat 18:00-dək) tarixlərində aşağıda qeyd olunan sənədləri qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər:

  • attestatın əsli;
  • sağlamlıq və fiziki inkişafı özündə əks etdirən müvafiq formalı tibbi arayış;
  • sistemdən (şəxsi kabinetdə) avtomatik çıxarılan ərizə nümunəsi;
  • şəxsiyyət vəsiqəsinin surəti;
  • 3 x 4 sm ölçüdə dörd ədəd fotoşəkil;
  • hərbi bilet və ya çağırışçı şəhadətnaməsi;
  • güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd.

Qəbulun II mərhələsində müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.