Peşə Təhsili üzrə Dövlət Agentliyi

Peşə təhsil müəssisələri arasında “Startap Günləri” keçirilib

03.07.2018

            Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Startap Günləri” keçirilib.

           Peşə təhsili müəssisələri arasında təşkil edilən “Startap Günləri” çərçivəsində tələbələr tərəfindən 21 biznes ideyası irəli sürülüb. Tələbələrin səsverməsi və ekspertlərin dəyərləndirməsi əsasında 6 biznes ideyası seçilib. Seçilən biznes ideyaları ətrafında startap komandalar formalaşıb və komandalar seçilən biznes ideyalar əsasında hazırladıqları layihələri təqdim edərək layihələrin önəmini və tətbiqinin vacibliyini diqqətə çatdırıblar. Münsiflərin səsverməsinə görə, I yerin qalib komandası “Səsli pul kisəsi”, II yerin qalib komandası “Peşə liseylərinin saytı”, III yerin qalib komandası isə “Online supermarket” ideyalarının müəllifləri olub.

            Qalib komandalara diplom və hədiyyələr, “Startap Günləri”ndə keçirilən təlimlərdə iştirak edən gənclərə isə sertifkatlar təqdim edilib.

        Qeyd edək ki, “Startap Günləri” Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun dəstəyi və Azərbaycan İnternet Forumunun, “Startup Azərbaycan” Təşkilat Komitəsinin, Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilib.