Peşə Təhsili üzrə Dövlət Agentliyi

IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransına start verildi.

02.02.2018

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının “ Böyük Qafqaz landşaftında torpaq və meşələrin davamlı idarə olunması” layihəsi çərçivəsində Peşəkar Arıçılar Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin dəstəyi ilə 02 fevral 2018-ci il tarixində üç günlük IV Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı öz işinə başlayıb.

Konfransın ilk günü İsmayıllı Peşə Tədris Mərkəzində Türkiyə, Ukrayna, Rusiya və Azərbaycanın müxtəlif regionlarından olan arıçıların iştirakı ilə “Arıçılıq ixtisası” üzrə yeni kurikulum, modul və dərs vəsaitlərinin təqdimatı baş tutub. Tədbirdə Türkiyədən gələn tanınmış arıçılar Levent Aydın və Hüseyn Ceylanın “Arı xəstəlikləri və arıçılıq məhsulları” haqqında təqdimatları nümayiş edilib və mühazirələr oxunub.

Konfrans öz işini Bakıda davam etdirəcəkdir.