Peşə Təhsili üzrə Dövlət Agentliyi

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində 2017-ci ilin yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.

15.01.2018

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində 2017-ci ilin yekunlarına və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunan iclas keçirilib.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" üzrə 2017-ci ildə nəzərdə tutulmuş tədbirlərin müvəffəqiyyətlə icra edildiyi qeyd edilib.  

Daha sonra Agentliyin əsas fəaliyyət istiqamətləri ilə bağlı çıxışlar dinlənilib. 2018-ci il üçün iş planı, nəzərdə tutulan fəaliyyət və tədbirlər barədə geniş müzakirələr aparılıb.