Peşə Təhsili üzrə Dövlət Agentliyi

Bakıda “Azərbaycanın tarixi qəhrəmanları gənclərin gözü ilə” mövzusunda sərgi keçirilib.

22.12.2017

Dekabrın 20-də Daş Salnamə Muzeyində Gənclər və İdman Nazirliyinin yeni layihəsi olan “Azərbaycanın tarixi qəhrəmanları gənclərin gözü ilə” mövzusunda sərginin açılış mərasimi keçirilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov sərginin əsas məqsədinin gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onların yaradıcılıq potensialını dəstəkləmək, gəncləri müvafiq istiqamətdə maarifləndirmək, xalqımızın hərb tarixini təbliğ etmək olduğunu bildirib.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin şagirdlərinin də əl işləri nümayiş etdirilən sərgidə Tomris, Babək, Şah İsmayıl, Tuti Bikə, Cavad xan, Mehdi Hüseynzadə və digər tarixi qəhrəmanların portretləri və fiqurları, qədim tikili və hərbi texnika maketləri təqdim edilib.

Dekabrın 24-dək açıq olacaq sərgidə yeniyetmə və gənclərin dəzgah rəngkarlığı, xəttatlıq, keramika, rəngkarlıq, qrafika, qravüra, batika, vitraj, qravüra üslubları üzrə tarixi mövzuda hazırladığı 130-dək əsər nümayiş olunub.