Agentlik haqqında

 

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında” 20 aprel 2016-cı il tarixli 869 nömrəli  Fərmanına əsasən Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmış və həmin Agentliyin Əsasnaməsi təsdiq olunmuşdur.

Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi  ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanıdır.

Agentliyin fəaliyyət istiqamətləri

Agentliyin fəaliyyət istiqamətləri aşağıdakılardır:

- ixtisaslı kadrların hazırlanmasını və onların rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi ilə tabeliyindəki ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini təşkil edir və əlaqələndirir;

- ilk peşə-ixtisas təhsilini əmək bazarının tələblərinə fasiləsiz uyğunlaşdırmaq məqsədi ilə əlçatan, səriştələrin inkişafı və karyera yönlü davamlı peşə təhsili və təliminin həyata keçirilməsini təşkil edir;

- ilk peşə-ixtisas təhsili müəssisələrinin maddi-texniki bazasının inkişafı istiqamətində tədbirlər görür;

- ilk peşə-ixtisas təhsili müəssisələrində peşə hazırlığının səmərəliliyini artırmaq məqsədi ilə işəgötürənlərlə birgə dövlət-biznes əməkdaşlığı çərçivəsində proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir;

- qeyri-formal və informal üsullarla əldə edilmiş səriştələrin tanınması ilə bağlı metodikaları hazırlayır və tətbiqini təmin edir;

- ilk peşə-ixtisas təhsili sahəsində beynəlxalq proqram və layihələrin əlaqələndirilməsini təşkil edir.

 

 

STRUKTUR