Peşə Təhsili üzrə Dövlət Agentliyi

Peşə təhsili müəssisələrində işləmək istəyən ixtisaslı mütəxəssislərin nəzərinə!

PAYLAŞ |

        Öz iş yerlərini saxlamaqla, peşə təhsili və təlimi müəssisələrinə təlimçi qismində cəlb olunmaq istəyən istehsalat təcrübəsinə malik ixtisaslı mütəxəssislər öz CV-lərini office@vet.edu.gov.az elektron ünvanına göndərə bilərlər. Ixtisaslı mütəxəssislərin peşə təhsili və təlimi müəssisələrinə işə qəbulu müəyyən olunmuş şərt və meyarlara əsasən müraciət edənlərin qiymətləndirilməsi yolu ilə həyata keçiriləcəkdir.

           Ətraflı məlumat almaq üçün 599-12-77 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.